Livan ermənilərinin Qarabağa köçüerülməsinə rəsmi Moskva reaksiya verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məsələyə ölkəsinin mövqeyini ifadə edib.
“Biz 2 erməni ailəsinin Livandan Qarabağa köçmək arzusunda olduğunu oxumuşuq. Yoxlanılmış məlumatlar əsasında, Qarabağa Livandan kütləvi erməni axını müşahidə etmirik” - deyə Zaxarova açıqlama verib.
O yaxın həftələrdə Zoqrab Mnatsakanyan ilə Ceyhun Bayramov arasında görüşün baş tutacağını da söyləyib.
Qeyd edək ki, Ermənistan rəhbərliyi Livandan Qarabağa 150-200 erməni ailəsi köpçürməyi planlaşdırır.