ABŞ prezidenti Donald Tramp Wikileaks-in yaradıcısı Culian Assancın əfv olunması üçün 1 şərti olduğunu deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunun üçün Assancın Demokratlar partiyasının serverlərində saxlanılan məktublarıт hansı mənbədən olduğunu istintaqa açıqlamalıdır.
2016-cı ildə Demokratlar partiyasının serverlərindən oğurlanan məktublar Wikilekas-də dərc edilmişdi. Həmin məktublar o zamanlar Dövlət katibi postunu tutan Hillari Klinton barədə mənfi rəyin formalaşmasına səbəb olub. Hillari Klinton 2016-cı ildə prezident seçkilərində Trampa məğlubiyyətini məhz həmin məktubların dərc olunması ilə əlaqələndirirdi.