Modern.az

Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma

Azərbaycanda koronavirusla bağlı son statistika: 146 yoluxma, 154 sağalma

Hadisə

20 Sentyabr 2020, 15:16

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 virusuna yoluxmanı aşkarlamaq üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb,  575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.

 Azərbaycanda son sutkada 146  nəfər COVID-19-a yoluxub,  154 nəfər sağalıb,  1 nəfər vəfat edib

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir