Modern.az

UNEC brendi 10 ölkədə tanındı

UNEC brendi 10 ölkədə tanındı

22 Sentyabr 2020, 09:14

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC brendi daha bir ölkədə tanındı.

Dünya təhsil brendləri arasında öz mövqeyini gücləndirən UNEC, Rusiyadan sonra  Ukraynada da tanındı. Belə ki, UNEC Ukrayna İntellektual Mülkiyyət İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi qorunma altına alındı.

Əhatə dairəsini gündən-günə genişləndirən UNEC Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Türkiyə, Estoniya, Rusiyadan sonra 10-cu ölkədə tanınmış oldu.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI