Modern.az

"Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında

Aktual

22 Sentyabr 2020, 10:48
 

 

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə "Almaniyada Türkologiya" mövzusunda vebinar təşkil ediləcək. Sentyabrın 28-i saat 14:00-da başlayacaq vebinar alman professor Maykl Reynhard Hess tərəfindən aparılacaq.

 

Qeyd edək ki, Professor Hess Azərbaycan dilində sərbəst danışır və tədbir Azərbaycan dilində baş tutacaq.

 

Tədbirin linki :  Microsoft Teams

 

Maykl Reynhard Hess Berlin Azad Universitetində (Freie Universität) "İmadəddin Nəsimi irsi" fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb.

 

 

 

Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası araşdırmaçısı olduğu Nəsimi irsi haqda olan "İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması (Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca. 1400) türkischem Divan)" adlı əsərdir. Bu əsərdə elmi analizin başlıca mövzusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada dil olaraq türk dili xüsusi qeyd edilir.

 

 

 

Maykl Reynhard Hessin digər bir kitabı "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti (Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan)" adlanır. Həmin kitab 2016-cı ildə Aprel döyüşlərindən sonra qələmə alınmışdır. Hazırda Maykl Reynhard Hess Freie Universität Berlin və Giezen şəhər Universitetində (Justus-Liebig Universität) türkologiya kafedrasında çalışır. O, Azərbaycan, türk, özbək, başqırd və tatar dillərini bilir.
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı