Arxiv
22 Sentyabr 2020, 20:30 | DİASPOR
Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir

“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun üzvləri və şübhəsiz ki, bütün ölkələrdəki azərbaycanlı diasporu Ermənistanın təxribatçı əməllərini yekdilliklə pisləyirlər”.

Modern.az  xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bildirib.

“Ermənistan sülh danışıqlarından açıq-aşkar boyun qaçıraraq Azərbaycanla böyük müharibəyə doğru addımlar atır. Son iki gün ərzində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub, Tovuz istiqamətində törədilən növbəti hərbi təxribat nəticəsində kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub, əsgər Qurbanov Qurban Azad oğlu isə sağ çiynindən qəlpə yarası alıb. Bundan əlavə, Suriya və İraqdan İranın Urmiya şəhəri üzərindən Ermənistana 25 PKK yaraqlısından ibarət dəstə gətirilib, bu yaxınlarda 250 nəfərdən ibarət daha iki dəstə gətirmək nəzərdə tutulur. Ermənistan tərəfinin bu kimi addımları Azərbaycanın gözü qarşısında atılır, rəsmi Bakı bu barədə Yerevanın məqsədi və mümkün fəsadları barədə dünya birliyini dəlil-sübutla xəbərdar edir”, - diaspor rəhbəri qeyd edib.

“Biz Azərbaycan dövlətinin, ordumuzun gücünə, qüdrətinə arxayınıq. Azərbaycanın həqiqi dostlarının da, o cümlədən Türkiyə, Ukrayna, Gürcüstanın da nə qədər güclü olduğunu görürük. Bütün bunlar Ermənistan ordusunun da, cəlb etdikləri terrorçu dəstələrinin də sarsıdıcı məğlubiyyətə düçar olacağından xəbər verir. Bu, hüquqi, tarixi, əxlaqi haqq-ədalətin qələbəsi olacaq. Həmçinin cəzasız qalacaqlarını zənn edən bütün işğalçı ölkələrə də ibrət dərsi alacaq”, - H.Cavadov fikrini çatdırıb. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33 Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini 8 Dekabr 2021, 11:30 Vahid Əhmədovla Pro Söhbət - Elçibəy hakimiyyətdən gedəcəyini bilirdi   8 Dekabr 2021, 11:30 Payızlıq əkinlərin bəyanı davam edir - FOTOLAR 8 Dekabr 2021, 11:27 İnkişaf istəyiriksə, dəyişikliyə getməliyik 8 Dekabr 2021, 11:24 Bizim şikayətimizə Avropa Məhkəməsində baxılacaq - Elnur Məmmədov 8 Dekabr 2021, 11:20 2024-cü ildə Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq 8 Dekabr 2021, 11:14 Qadınlarla kişilərin əmək haqqında fərq var - NAZİR 8 Dekabr 2021, 11:09 Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri... 8 Dekabr 2021, 11:06 Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI 8 Dekabr 2021, 11:03 Döyüş sınağı ləyaqət və mətinlik İMTAHANIDIR 8 Dekabr 2021, 11:00 Nazir idmançılara ev və “Mercedes S-Class” verəcək - Foto 8 Dekabr 2021, 10:55 Spikerin sözündən qəzəblənən ermənilər dövlət binasını mühasirəyə aldı 8 Dekabr 2021, 10:50 Bu il 230 min şəxs işlə təmin edilib 8 Dekabr 2021, 10:46 “Şəhərdən Kəndə”dən daha bir təsərrüfata DƏSTƏK 8 Dekabr 2021, 10:43 Gənclər öz ixtisaslarına uyğun iş tapmır – Sahil Babayev 8 Dekabr 2021, 10:40 Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər 8 Dekabr 2021, 10:38 Rusiya Ukraynaya hücum edəcəkmi? - ŞƏRH 8 Dekabr 2021, 10:36 “Azərenerji” payız-qış mövsümünə hazırdır 8 Dekabr 2021, 10:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?