Modern.az

Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir”

 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir”

Aktual

22 Sentyabr 2020, 22:59

“Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışı zamanı söyləyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük əngəl olduğunu bir daha təsdiqləyib.

Rəcəb Tayyib Ərdoğan  bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir:

“Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün, suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.

 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi