Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci il avqustun 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsinə 1983-cü ildə daxil olub. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət Televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. Ali savadlı rejissor diplomu almaq üçün o, 1998-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. "Əla" qiymət alan gənc rejissor təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Burada Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər" 24 aprel 1990) pyeslərinə quruluş verib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb....
Orta məktəbə vida dediyim zamandır. O zaman arzularım aşıb-daşırdı...
Ali məktəb tələbəsiyəm. Amma qaygılarım çoxdur…
Universtitet divarları… Kurs işinin təhvili…
Növbəti mərhələm…
Böyük SEÇİM qarşısındaydım...
Diplom tamaşam SARTRdan sonra…
Rejissor kimi ilk əmək kitabçam açıldı...
Artıq 33 yaşım var...
"Güzgü" filminin çəkiliş meydançası...
Həmin filmdə baş rolun ifaçısı Pamiz Əzizbəyli ilə işləyirik...
Space-dəki məşhur zamanlarım “Dünən Bu gün Sabah” proqramları…
AzTV-də başıbəlalı MAARİFÇİLİK studiyası…2007-2008-ci illər...
Türkiyədə konfransda çıxışdan öncə...
PANAfilm studiyasında Bahadur Özdenir (ssenarist) və Mehmet Canpolatla (baş prodüser)
Türkiyədə MƏKAN Teatro festivalında.
İstanbulum…. sevdiyim rakursda foto yapıram.
ARDNŞ-nin 1-ci vitse-prezidenti Xöşbəxt Yusifzadə haqqında filmin çəkilişi zamanı.
BİLKENT Universtetində məruzəm… Tələbə və müəllim heyətiylə görüş...
Məhkumlar- bədii filminin çəkimi zamanı operator Kənan Məmmədovla.
Həyatımın ciddi mərhələsində…
Filmlərimdən sonrakı görüşlərin birində.
Praqada konfransdan öncə...
Tarixi muzeydə… Təmkinli ola bilmirəm..
LAHIC- çəkilş qrupu tam olaraq.
Azərbaycan Xanlıqları…(Şəki-) filminin çəkilişində.
Modern.az