Modern.az

YAP sədrinin 5 illik səlahiyyət limiti ləğv olunur

YAP sədrinin 5 illik səlahiyyət limiti ləğv olunur

Ölkə

2 Oktyabr 2026, 15:42

Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.

Modern.az xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

Nizami Səfərov bildirib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitdikdə partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov qeyd edib ki, bu müddəa aradan qaldırılıb: "Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə