Arxiv
23 Sentyabr 2020, 13:05 | ÖLKƏ
“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki hücumundan sonra Azərbaycanda minlərlə mülki şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü şəkildə cəbhə bölgəsində döyüşmək istədiklərini bildirmişdilər.



Həmin vaxt kütləvi axını nəzərə alan Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydə alırdı. Xatırlayırsınızsa, Tovuz döyüşlərindən sonra Orduya könüllü yazılanlar arasında bəzi məmurlar, onların övladları, Xalq artistləri, digər tanınmış simalar da vardı. Onlardan bəziləri bu məsələdən şou düzəldərək, telekanallara və xəbər saytlarına açıqlamalar verir, sosial şəbəkələrdə müxtəlif pozalı şəkillər paylaşırdılar.



Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri təlimlərə çağırmağa başlayıb. Nədənsə təlimlərə çağırılanlar sırasında məmurlar, onların övladları, Xalq artistləri, digər tanınmış simaları görə bilmirik.



Xatırladaq ki, orduya könüllü yazıların sırasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Abşeron rayon İcra Hakimiyyətinin xanım başçısı İradə Gülməmmədova və oğlu, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, teleaparıcı Nuran Hüseynov və başqaları vardı.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a bildirib ki, onların orduya yazılması inzibati xarakter daşıyan bir göstəriş idi:

 

“Şou üçün bu addımı atanlar real vəziyyətdə ortalıqda görünmürlər. Ona görə də sözün həqiqi mənasında əsl könüllüləri dəyərləndirmək lazımdır, şou, təbliğat xarakterli, həvəssiz, addım atanların da bu cür hərəkət edəcəyi bəlli idi. Zatən kimsə inanmaz ki, hansısa nazirin oğlu orduda xidmətə yollana. Təsəvvür edin ki, lap təlimdə iştirak edib, orduda döyüşə getsələr, düşmən əlinə keçən kimi nələr satqınlıq edərlər. Çünki könüllü deyillər, vətən, xalq məfhumlarını dərk etmirlər. Ən yaxşısı elə o tip məmur balalarını ordudan kənar tutmaqdır”.

 

İ.İsmayıl deyib ki, birinci Qarabağ müharibəsində çox sayda imkanlı adamlar olmayıb:

 

“Olanların da uşaqları yeri gələndə gedib vuruşublar. Birinci katiblərin də uşaqlarından vuruşan, Milli qəhrəman olanlar var idi. Məzahir Rüstəmov bizim tələbə yoldaşımız idi. Atası İzzət Rüstəmov Baş nazirin müavini olmuşdu. O cür oğlanlar vardı. İndiki könüllülük isə kasıblar üçün, vətənə bağlı olanlar üçündür, məmur, nazirlər üçün deyil. Onların könüllülüyü də bütün addımalrı kimi süni və inzbitai göstərişlərə əsaslanır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05