Arxiv
24 Sentyabr 2020, 14:14 | TƏHSİL
Məktəblərdə koronavirusla bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında danışıb.

 

Modern.az xəbər verir ki, şöbə müdiri Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” müvafiq qərar imzaladığını vurğulayıb.

 

N.Mürsəlova Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb. Şöbə müdiri qeyd edib ki, sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri” və Azərbaycanda COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.

 

N.Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib: “Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur”.

 

Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan şöbə müdiri deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu barədə məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir: "Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməliyini vurğulayan Nəzifə Mürsəlova növbəti məsələyə keçib. Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub. Nəzifə xanım qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır".

 

Şöbə müdiri təhsil müəssisələrində COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün həyata keçirilən profilaktik tədbirlər mövzusuna da vaxt ayırıb: "5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir".

 

N.Mürsəlova xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb: "İlk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şağirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şağirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub. Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə “şahmat cədvəlinin” tətbiq olunması planlaşdırılıb. Bundan sonra Nəzifə xanım dərslərarası fasilələrin vaxtının uzadılması haqqında məlumat verib".

 

Onun sözlərinə görə, fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub.

 

N.Mürsəlova fasilə müddətində sinif otağında pəncərələrin (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havasını mütəmadi dəyişdirilməli olduğunu vurğulayıb. Həmçinin yeməkxanaların fəalliyətinin dayandırılması da qeyd olunub. Təhsilalanların sinif otaqlarında qidalanması təşkil edilməli, hər bir valideynin uşağı məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olmalıdır.

 

Kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən şöbə müdiri bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub: "Gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54 Düşmən yenidən Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 17:48 Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ 29 Oktyabr 2020, 17:43 Putin yenə Qarabağ münaqişəsindən DANIŞDI: “5+2 rayon qaytarılmalı, sonra...” 29 Oktyabr 2020, 17:38 Məşhur Məmmədov: “Nüfuzlu beynəlxalq təşkilatlar Bərdədə baş verənlərə susur” 29 Oktyabr 2020, 17:34