Arxiv
24 Sentyabr 2020, 15:50 | MEDİA
Baş redaktorun tələbə oğlu: “Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun  nəticələrini  açıqlayıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731  nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799  (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Universitetlərə qəbul olunan şəxslər arasında mətbuat nümayəndələrinin övladları da var. Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin oğlu Hüseyn atasının izi elə gedərək, jurnalistikaya sənəd verib. Hüseyn Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 


Hüseyn tələbə kimi ilk təəsüratlarını Modern.az-la bölüşüb. Onun əməkdaşımızla söhbətini təqdim edirik:

- Hüseyn, ilk olaraq özün haqqında məlumat verə bilərsənmi? Təvəllüdün, məzunu olduğun  məktəb və s. bizə maraqlıdır.

- Mən Hüseyn Hüseynzadə, 17 yaşım var. Atam planetin incisi Kəlbəcərin bənzərsiz təbiəti olan Başlıbel kəndindəndir. Mən özümü həmin kəndin bir sakini hesab etsəm də, bəlli səbəblərdən Bakıda təhsil almışam, əvvəlcə Binəqədi rayonu, 7-ci mikrorayondakı 126 saylı orta məktəbdə, sonrakı 3 ildə “İdrak” liseyində təhsil almışam.

- Bəzən uşaqlar ixtisas seçimi edərkən valideynlərinin təsirində qalır. Bəs sən necə, daxil olduğun  ixtisası sevirsənmi, yoxsa ağlın başqa bir peşə vardı?


- Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir. Ona görə də mən atamı həmişə informasiya savaşının səngərində keşikdə dayanan bir əsgər hesab etmişəm. Görünür, jurnalist peşəsini seçməyimdə bu ovqatın təsiri olub.


- Azərbaycanda jurnalistika təhsili verən bir neçə ali təhsil ocağı var. Sənin Bakı Dövlət Universitetini seçməyinin xüsusi bir səbəbi varmı? Daxil olduğun yer ərizəndə ilk sıralarda idi?

- Təbii ki, BDU Azərbaycan təhsilinin ən öndə gedən və gözəl ənənələri olan təhsil ocağıdır. Elə ilk sırada yazdığım yer də BDU-nun Jurnalistika fakültəsi idi. Mən bayaq qeyd elədim, bizim ailədə jurnalistika sadəcə iş deyil, həm də həyat tərzidir.

- Bəzi tələbələr bakalavriat pilləsini başa vurandan sonra təhsilini magistratura, doktorantura səviyyəsinə qaldırır. Sənin gələcək üçün belə bir planın varmı, varsa hansı ölkələri təhsil üçün seçərdin?


- O gələcəyin işidir. Hələliksə əsas arzum təhsil aldığım dövrdə şəhid qanı ilə suvarılan torpaqlarımızın işğaldan azad olunması və Kəlbəcəri görməyimdir. İnşallah, işğaldan azad olunduqdan sonra dövlətimizin və vətəndaşların qarşısında başqa hədəflər dayanacaq. O zaman seçim etmək imkanı olacaq ki, millətə faydalı olmaq üçün özümü daha çox harada görürəm.


- Son olaraq, sən də bilirsən ki, abituriyent olmaq asan bir iş deyil. Bundan sonra ali məktəblərə hazırlaşacaq şagirdlərə tövsiyələrin varmı?


- Onlara tövsiyəm odur ki, oxumaqdan heç zaman bezməsinlər, usanmasınlar. Əmin olsunlar ki çəkilən zəhmət yerdə qalmır və arzularınıza qovuşmaq üçün seçim etmək fürsəti yaranır. Sutka 24 saatdır. Bu zaman müddətində həm təhsilə, həm istirahətə, hətta ev qayğılarına əl atmağa da vaxt qalır. Yəni bir sözlə, oxumaq deyildiyi kimi də zülm bir iş deyil. Yetər ki, sevə-sevə oxuyasan, candərdi yox.


Aysel Aslan
Fidan Əli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək 26 Oktyabr 2020, 17:32 Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalqa müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48