Arxiv
25 Sentyabr 2020, 13:07 | AKTUAL
Azərbaycanda nar sahələrinin genişləndirilməsi təklif olundu

Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçaya səfəri çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə narçılıq sahəsində mövcud vəziyyətə dair onlayn videokonfrans keçirib. Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən videokonfransa assosiasiya üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin təmsilçiləri, Göyçay, Ağsu, Saatlı, Sabirabad, Hacıqabul, İmişli və Kürdəmirdə narçılıqla məşğul olan fermerlər qatılıblar.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir. 

 

Kənd Təsərrüfatı naziri İnam Kərimov videokonfransda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır. Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış assosiasiyalar, emal müəssisələri və fermerlərlə müxtəlif formatlı görüşlər keçirir. Nazir nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki, hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır.

 

Görüşdə yaxın günlərdə ölkədə kütləvi nar yığımına başlanacağı xatırladılıb, məhsulun realizə imkanları, ixrac prosesinin təşkili, intensiv nar sahələrinin genişləndirilməsi, bağlarda tətbiq olunan dərman preparatlarının keyfiyyəti, havaların quraq keçməsi ilə əlaqədar yaranan çətinliklərin məhsulun keyfiyyətinə təsiri, nar məhsullarının qablaşdırılması, brendləşmə, emalı, nar tingçiliyinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırda nar məhsullarının daxili və xarici bazarlarda satışı ilə bağlı problem yoxdur, məhsullara tələbat böyükdür. İştirakçılar qeyd edib ki, ənənəvi ixrac bazarlarında Azərbaycan narının xüsusi çəkisini artırmaq, rəqabətədavamlı məhsul yetişdirmək üçün mövcud keyfiyyət göstəricilərinin artırılması və məhsuldarlığın yüksəldilməsi vacibdir. Yerli nar istehsalçıları arasında münasibətlərin sağlam rəqabət və əməkdaşlıq prinsipləri üzərində qurulması müsbət hal kimi dəyərləndirilib. Yeni bağların salınması, xəstəlik və zərərvericilərə qarşı mübarizə, aqrotexniki qulluq qaydalarının düzgün həyata keçirilməsi prosesində nazirlik, assosiasiya və fermerlər əməkdaşlıq edir. Görüşdə fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsi, maarifləndirmə işinin genişləndirilməsi üçün görülən işlər müzakirə olunub, səsləndirilən təkliflər qeydə alınıb.

 

Videokonfrans iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu cür formatda müzakirələrin ənənəvi xarakter daşımasından razı qaldıqlarını bildirib, səsləndirilən təkliflərin reallaşması istiqamətində atılan addımların müsbət qiymətləndiriblər.

 

Qeyd edək ki, Azərbaycanda narçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda ölkədə nar bağlarının əkin sahəsi 22,9 min hektara çatıb. Mövcud nar bağlarının 21,1 min hektarı bar verən yaşdadır. Nar bağlarının 56 faizi Göyçay, Kürdəmir, Ağsu, Ucar və Sabirabad rayonlarının payına düşür. Ötən il nar bağlarında orta məhsuldarlıq 85,6 sentner təşkil edib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05