Modern.az

Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU

Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU

Təhsil

26 Sentyabr 2020, 16:22

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 26-də 56 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

 

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb. Daha 1 sinif distant təhsilə keçirilib.

 

Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb.

 

İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi adlı şəxsin şəkli.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!