Modern.az

Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi

Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi

Aktual

27 Sentyabr 2020, 10:13

Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.

 

Modern.az xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.

 

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi