Modern.az

Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu

Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu

Aktual

27 Sentyabr 2020, 12:12

Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) 11-ci qolunu vurub. 

 

Modern.az-ın məlumatına görə, 29 yaşlı hücumçu "Oranj Kaunti" ilə ev oyununda fərqlənib. O, 37-ci dəqiqədə dəqiq zərbə vuraraq, komandasına qələbə qazandırıb - 1:0. Bu, Dadaşovun USL-də 11-ci qolu olub. Təcrübəli forvard 84-cü dəqiqədə sarı vərəqə alıb. 

 

Qeyd edək ki, bu qələbədən sonra "Finiks Rayzinq" 14 oyundan 29 xalla B qrupunda liderliyini davam etdirir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir