Modern.az

Biz gəldik, Qarabağ… Xoş gördük, Qarabağ! 

Biz gəldik, Qarabağ… Xoş gördük, Qarabağ! 

Media

28 Sentyabr 2020, 10:40

Seymur VERDİZADƏ

Salam, tut ağacı!

Məni tanıdın?

Hə, mənəm... 27 il əvvəl səni tək qoyub gedən adam..
.

Çox dəyişmişəm?

Qocalmışam?

Saçlarım ağarıb?

Bilirsən, niyə? 

Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...

27 ildi sən burda, mən orda təkəm...

Üzünü yana çevirmə, üzümə bax...

Bu 27 ildə bir dəqiqə də səni unutmamışam. Hər gecə yuxuma girirdin. Bəzən gecələr dik atılırdım...

Anam hər gün danışır: uşaq olanda mənim beşiyimi sənin budaqlarından asırmışlar...

Mən yenə uşağam, qoca tut ağacı. Qalx, qollarının arasına al məni...

Daha heç kimi bizi ayıra bilməyəcək... Biz əbədiyyətə qədər birlikdə olacağıq...

O, nə səsdir?

O, Azərbaycan əsgərinin ayaq səsidir. 27 ildi kökünə balta çalan adamların ömrünə balta çalmaq üçün gəlib. Çıx onun pişvazına...

Biz gəldik, Qarabağ...

Xoş gördük, Qarabağ!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı