Modern.az

Tərtər Rayon Polis Şöbəsinə atılan mərmi...

Tərtər Rayon Polis Şöbəsinə atılan mərmi...

Aktual

28 Sentyabr 2020, 20:37

Bu gün saat 12 radələrində düşmən tərəfindən atılan mərmilərdən biri Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hərbi qüvvələrimizlə bacara bilməyən düşmən yaşayış məntəqələrimizi və mülki obyektləri hədəf seçir:


"Zərbə o qədər güclü olub ki, mərminin qəlpələri inzibati binanın dəhlizlərinə qədər daxil olub. Xoşbəxtlikdən insan tələfatı, xəsarət alan olmasa da, binaya ciddi maddi ziyan dəyib.

Bu bir daha onu göstərir ki, döyüş meydanında ağır zərbələr alan düşmən cəbhədən xeyli aralıda olan yaşayış məntəqələrimizi, orada yaşayan mülki əhalini hədəf seçməkdə davam edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir