Modern.az

Ermənistan məhbusları azad edərək Qarabağda döyüşə GÖNDƏRİR

Ermənistan məhbusları azad edərək Qarabağda döyüşə GÖNDƏRİR

Hadisə

1 Oktyabr 2020, 10:35

Cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir.

                        

Modern.az Ermənistanın "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Onların təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirildiyi bildirilir. Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.  

Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkum yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət edib.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir