Arxiv
14 Oktyabr 2020, 12:54 | MEDİA
AzTV əməkdaşları atəşə tutuldu - beynəlxalq aləmə müraciət olundu

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda Azərbaycan jurnalistlərini atəşə tutublar. Rayonun Düyərli kəndində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) çəkiliş qrupunun olduğu avtomobilin hucuma məruz qalması nəticəsində sürücü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

AzTV-nin atəşə məruz qalmış avtomobilinin üzərində onun sözügedən telekanala məxsusluğunu təsdiqləyən fərqləndirici nişanlar yer alıb. Maşındakı jurnalistlər də üzərində “PRESS” yazılmış gödəkçələrdə olublar. Kənardan baxanda görmək mümkün idi ki, avtomobil hərbi məqsədlər üçün deyil və bu, onu deməyə tam əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistləri bilərəkdən atəşə tutublar. Məqsəd media təmsilçilərinin həyatlarına qəsd etməkdir.

Modern.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası AzTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir. Baş vermiş hadisə onu göstərir ki, işğalçı ölkə heç bir dəyərləri gözləmir, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını əngəlləmək yolu tutur. Jurnalistilərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş belə cinayət əməlinə dünyanın media ictimaiyyətinin obyektiv və sərt münasibət göstərməsi son dərəcə vacibdir.

Mətbuat Şurası bildirir ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Ermənistan hərbi dairələri illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarına xaricdən media təmsilçilərini dəvət edir, heç bir təminat vermədən onların həyat və sağlamlıqları üçün böyük təhdid yaradırlar. Bu, beynəlxalq hüququn norma və prinsiplərini, suveren dövlət kimi Azərbaycanın haqlarına söykənmiş prosedur tələblərə məhəl qoymamaqdır. Bu, eyni zamanda jurnalist həyatları üzərindən söz və ifadə azadlığı ilə açıq manipulyasiyadır. Məlumat üçün bildiririk ki, xarici ölkələrdən kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan ərazisində peşə fəaliyyətlərini yerinə yetirmələri onların Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyası ilə tənzimlənir.

İstərdik ki, dünyanın media ictimaiyyətinin nümayəndələri olaraq sizlər gündəmə gətirdiyimiz məsələlərə həssas yanaşa, Ermənistan hakimiyyətinə qarşı mövcud istiqamətdə çağırışlar edəsiniz.

Təəssüflə onu da bildiririk ki, Ermənistan hakimiyyətinin tutduğu işğalçılıq mövqeyi, bu mövqenin müxtəlif mənfi təzahür formaları nəticəsində onsuz da gərgin olan münaqişə bölgəsində və ona yaxın ərazilərdə jurnalist fəaliyyətinə qarşı bilərəkdən həyata keçirilən məhdudiyyətlərin, təhdidlərin təkrarlanmayacağına, daha acınacaqlı hadisələrin yaşanmayacağına heç bir zəmanət yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan bu dəfə Goranboy-Naftalanı atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 11:00 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - VİDEO 24 Oktyabr 2020, 10:55 Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46