Arxiv
17 Oktyabr 2020, 20:31 | AKTUAL
Konstitusiya Məhkəməsindən dünya ölkələrinə müraciət

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bütün dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət ünvanlayıb.

 

Bu barədə Modern.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

 

Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını təmin etmək, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı və yeddi ətraf rayonu azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir.

 

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilib. Hərbi əməliyyatlar beynəlxalq humanitar hüququn tələblərinə tam uyğun olaraq aparılır. Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində məğlubiyyətə uğradığını anlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirmək məqsədilə müharibə bölgəsindən 60-100 kilometr məsafədə yerləşən Azərbaycan şəhərlərinə zərbələr endirməyə qərar verib. Son bir neçə gündə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və rayonlarındakı mülki obyektlər, yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalıb.

 

Erməni tərəfinin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnib. Sentyabrın 27-dən oktyabrın 17-dək 60 mülki şəxs həlak olub, 271 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında qadınlar, uşaqlar və qocalar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

 

Bu hücumlar Ermənistan hökumətinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib tədbirlər görməlidir.

 

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatları Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini qınamağa çağırırıq. Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

 

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin faşizm və terror siyasətinə açıq şəkildə “YOX” deməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46