Modern.az

Lapşin Ermənistana gedir

Lapşin Ermənistana gedir

18 Oktyabr 2020, 14:06

Tanınmış bloger Aleksandr Lapşin bu gün Ermənistana gəlməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb. Son günlər Şotlandiyadada olan Lapşin bu gün Ermənistanda olmağa çalışacağını bildirib.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Məhz buna görə də o, 2017-ci ildə tutularaq Azərbaycana ekstradisiya olunmuş və iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Prezident İlham Əiyev 2017-ci ilin sentyabrında Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalamışdı.

Ancaq əfv ediləndən sonra A.Lapşin Azərbaycana qarşı şantaj dolu yazılarına davam etməyə qərar verib.

Son günlər isə o, daha da fəallaşaraq, Ermənistanı dəstəkləyir, Qarabağdakı qondarma
rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi istiqamətində canfəşanlıq edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir