Modern.az

Moldovadan Azərbaycana dəstək gəldi - Ermənistan QƏZƏBLƏNDİ

Moldovadan Azərbaycana dəstək gəldi - Ermənistan QƏZƏBLƏNDİ

19 Oktyabr 2020, 12:18

Qarabağda təxribata əl atan Ermənistanın diplomatik izolyasiyası get-gedə dərinləşir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Moldova XİN rəhbəri  Oleq Tsulyanın 18 oktyabr Müstəqillik Günü münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu təbrik etməsi Yerevanı qəzəbləndirib.

Belə ki, nazirə ünvanlanan məktubda Tsulya rəsmi Kişinyovun Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olması vurğulanıb.

 

Ermənistanın buna cavab olaraq, Moldovanın Avrasiya İnkişaf Bankına müşahidəçi ölkə kimi qəbul olunmasına veto qoyacağı xəbər verilir.

Xatırladaq ki, Moldova Avrasiya İttifaqının müşahidəçi ölkəsi kimi banka üzv olmağı planlaşdırırdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?