Modern.az

Türkiyədə nəhəng əməliyyat - 48 vilayətdə 1008 nəfər hədəfdə

Türkiyədə nəhəng əməliyyat - 48 vilayətdə 1008 nəfər hədəfdə

Dünya

Bu gün, 10:37

Türkiyədə sosial şəbəkələr və digər rəqəmsal platformalar vasitəsilə fəaliyyət göstərən cinayət şəbəkələrinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, əməliyyat çərçivəsində ölkənin 48 vilayətində 1008 nəfərin saxlanılması ilə bağlı qərar çıxarılıb.

Məlumata görə, əməliyyat yeni nəsil cinayət qruplaşmalarına qarşı həyata keçirilib. Bu qrupların sosial şəbəkələrdən koordinasiya, yeni üzvlərin cəlb edilməsi və hədələmə məqsədilə istifadə etdiyi bildirilir.

“Hürriyet Daily News”un yazdığına görə, əməliyyatın keçirilməsi barədə göstərişi Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi verib. İstintaqın məlumatına əsasən, şübhəlilər internet üzərindən qruplar yaradıb, muzdlu qatil axtarıb və sosial şəbəkələr vasitəsilə cinayət fəaliyyətini təbliğ ediblər. Bu fəaliyyətlərə gənclərin də cəlb edildiyi bildirilir.

Əməliyyat Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin rəqəmsal müstəvidə də genişləndirildiyini göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı