Nepalda üç həftə əvvəl baş verən daşqın nəticəsində 1400-ə yaxın insan ölüb, 4 mindən çox şəxs isə itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin miqyası o qədər böyük olub ki, ölənlərin bir qismi şəxsiyyəti müəyyənləşdirilmədən dəfn edilib. İndiyədək yalnız 103 nəfərin kimliyi müəyyənləşdirildikdən sonra dəfn edilib.
Ölənlərin daha dəqiq identifikasiyası üçün Nepalda həm həlak olanların cəsədlərindən, həm də itkin düşənlərin yaxınlarından DNT nümunələri götürülür.
Daşqın baş verəndən sonra 4 mindən çox şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Onların arasında 610 xarici vətəndaşın olduğu qeyd edilir.
Daşqın avqustun 26-da Nepalın yüksək dağlıq ərazisində buzlağın çökməsindən sonra baş verib. Buz, daş və palçıq kütləsinin uçqunu Çinin sərhədyanı ərazilərinə də təsir edib.
Çin hakimiyyətinin məlumatına görə, burada 43 nəfər ölüb, 519 nəfər itkin düşüb. İtkinlərin 261-nin 23 ölkənin vətəndaşları olduğu bildirilir.