ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı yaranan qorxuları “Rusiya təhlükəsi” ətrafında formalaşmış miflə müqayisə edib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Mən mifləri ifşa edənəm və hazırda daha bir mifi ifşa edirəm – süni intellektin dünyanı ələ keçirəcəyi, udacağı və məhv edəcəyi, robotların isə şəhərlərimizdə yürüş edərək hamımızı ortadan qaldıracağı barədə mifi. Bu, hətta “Rusiya, Rusiya, Rusiya” mifindən və ya qlobal istiləşmə ilə bağlı saxtakarlıqdan da daha dəlisovdur”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu bildirmişdi. O, tərəflərin bir-birini anlamaması halında bunun ABŞ üçün “ölkə olaraq təhlükəli vəziyyət” yaradacağını söyləmişdi.