Modern.az

Rusiya danışıqlara hazırdır, amma atəşkəs olmayacaq 

Rusiya danışıqlara hazırdır, amma atəşkəs olmayacaq 

Dünya

15 Sentyabr 2026, 13:42

Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesini bərpa etməyə hazırdır və bu prosesi heç vaxt çətinləşdirməyə çalışmayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, qarşı tərəf hazır olduğu təqdirdə Rusiya danışıqları yenidən bərpa edə bilər. Lavrov qeyd edib ki, Moskva Ukrayna ilə bağlı həm ikitərəfli, həm də üçtərəfli danışıqlara hazırdır.

Rusiya XİN rəhbəri əlavə edib ki, danışıqlar aparılan müddətdə Ukraynada davam edən hərbi əməliyyatlar dayandırılmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu