Modern.az

Parlament baş prokurorun işdən çıxarılmasına səs verdi

Parlament baş prokurorun işdən çıxarılmasına səs verdi

Dünya

Bu gün, 13:52

Ukrayna Ali Radası Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən prezident tərəfindən azad edilməsinə razılıq verib.

Modern.az xəbər verir ki, qərarın lehinə 317 deputat səs verib.

Sentyabrın əvvəlində Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) “Karfagen” əməliyyatı çərçivəsində aparılan danışıqların audioyazılarını yayımlayıb.

Əməliyyat zamanı hüquq-mühafizə orqanları Baş Prokurorluğun struktur bölməsinin bir rəhbəri tərəfindən yaradıldığı iddia edilən cinayətkar qruplaşmanı ifşa edib.

İstintaqın məlumatına görə, 2025-ci ilin ortalarında formalaşdırılan qruplaşmaya hazırda prokurorluq sistemində çalışan şəxslər və vəzifəli şəxsə yaxın insanlar daxil olub.

Qruplaşmanın əsas fəaliyyət istiqamətinin Ukrayna vətəndaşlarını və əcnəbiləri aldadan qanunsuz çağrı mərkəzlərinin fəaliyyətinə müdaxilə etməmək müqabilində rüşvət almaq olduğu bildirilir.

Kravçenko isə qanunsuz çağrı mərkəzlərinin himayə olunmasına “heç bir aidiyyətinin olmadığını”, belə fəaliyyətə yardım göstərilməsi ilə bağlı göstəriş vermədiyini və baş prokuror səlahiyyətlərindən bu məqsədlə istifadə etmədiyini açıqlayıb.

Bundan sonra Kravçenkonun Parisə səfər üçün özünə ezamiyyət rəsmiləşdirdiyi məlum olub. Onun Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak etməli olduğu bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Kravçenkonu baş prokuror vəzifəsindən uzaqlaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı