Modern.az

Ruben Rubinyan: “Azərbaycanla sülhün əsas tərifinə nail olmuşuq”

Ruben Rubinyan: “Azərbaycanla sülhün əsas tərifinə nail olmuşuq”

Dünya

Bu gün, 09:25

Ermənistan parlamentinin sədri Ruben Rubinyan Azərbaycanla sülhün bütün problemlərin birdəfəlik həlli anlamına gəlmədiyini bildirib.

Modern.az xəbər verir ki, Rubinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən identiklik baxımından, Ermənistan cəmiyyətində narahatlıq yaradacağını deyib.

“Sülh o demək deyil ki, bütün problemlər birdəfəlik həll olunur. Bu, hər məsələdə razılaşdığımız anlamına da gəlmir. Əksinə, Azərbaycanla bağlı çox şey var ki, bizi, xalqımızı, o cümlədən identiklik baxımından, əsəbiləşdirəcək.

Sülh o deməkdir ki, hər iki tərəf bir-birinin mövcud olmaq hüququnu qarşılıqlı şəkildə tanımalı, bir-birinin sərhədlərini qəbul etməli və bir-birinə atəş açmamalıdır. Bu, sülhün əsas tərifidir.

Bundan yuxarı səviyyədə tarixi hadisələrlə bağlı qarşılıqlı anlaşma, ticarət və digər məsələlərə dair razılaşmalar var.

Biz sülhün əsas tərifinə nail olmuşuq. Elə məsələlər var ki, onların üzərində razılığa gələ bilməyəcəyik və buna görə qəzəblənəcək, əsəbiləşəcəyik. Yaxşıdır ki, bizim fikir ayrılığımız bir-birimizə atəş açmaq məsələsi ilə bağlı deyil.

Biz sakit şəkildə irəli getməliyik”, – deyə Rubinyan vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı