Arxiv
21 Oktyabr 2020, 14:42 | İQTİSADİYYAT
Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair məlumat yaydı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 17 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5672,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2 faiz çoxdur.

 

2020-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2955,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 33,0 mln. manat və ya 1,1 faiz çoxdur.

 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olmuşdur.

 

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8852,5 mln. manat vəsait transfert edilmişdir.

 

2020-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5941,8 mln. manat icra olunmuşdur.

 

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18642,2 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1951,6 mln. manat və ya 11,7 faiz çoxdur.

 

2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

 

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1283,0 mln. manat çoxdur.

 

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12188,0 mln. manatı və ya 65,4 faizi cari xərclərə, 4927,6 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1526,6 mln. manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

 

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6911,4 mln. manat icra olunmuşdur.

 

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil etmişdir və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olmuşdur. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəməri taxmayanlar cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59 Azərbaycan səfirliyi qarşısında bədbəxt hadisə 17 May 2021, 23:47 Rusiya aviaşirkəti Türkiyəyə bilet satışını dayandırdı 17 May 2021, 23:34 Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri 17 May 2021, 23:19 Türkiyədə gündəlik yoluxma sayı 10 minə düşdü 17 May 2021, 23:09 Keçmiş arvadı uşağını ona göstərmədi - özünü qayadan atdı 17 May 2021, 23:00 Sülhməramlılar 80 ermənini Amarasa apardı 17 May 2021, 22:56 Səbinə Əliyevadan Dmanisidəki insidentlə bağlı çağırış 17 May 2021, 22:42 Goranboyda piyadanı maşın vurub öldürdü 17 May 2021, 22:30 İsrail qırıcıları HƏMAS komandirlərinin evlərini bombaladı   17 May 2021, 22:21 Gürcüstanda dava edənlər barışdılar - VİDEO 17 May 2021, 22:08 Samuxda gənci ildırım vurub öldürdü 17 May 2021, 21:57 Ərdoğandan Baydenə: “İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” 17 May 2021, 21:49 13 türkün qətlini əmr edən PKK-çı məhv edildi 17 May 2021, 21:38 "Real"ın futbolçusu koronavirusa yoluxdu 17 May 2021, 21:25 İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi 17 May 2021, 21:11 Messidən əlçatmaz nəticə 17 May 2021, 20:59 Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO  17 May 2021, 20:45 Dünyada ən çox satılan avtomobillər 17 May 2021, 20:38 Dələduz iş başında yaxalandı - VİDEO 17 May 2021, 20:24 Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşdü - FOTO 17 May 2021, 20:09 Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salındı 17 May 2021, 20:00 İmtahanda ən yüksək bal toplayan şagird - FOTO 17 May 2021, 19:54 BMT Baş Assambleyası İsrail-Fələstin üçün toplanır 17 May 2021, 19:48 ÜST rəhbərindən G7 ölkələrin hökümət başçılarına ÇAĞIRIŞ 17 May 2021, 19:42 Sabirabadda narkotik becərən şəxs saxlanıldı 17 May 2021, 19:36 Bakı Baş Gömrük İdarəsində əməliyyat - Vəzifəli şəxlər saxlanıldı 17 May 2021, 19:30 Polad Alemdar xanımından BOŞANDI 17 May 2021, 19:24 Qubada iki qardaş qayalıqdan çaya yıxıldı - biri öldü 17 May 2021, 19:18 “Yüksəliş” müsabiqəsi iştirakçıların məlumat bazasını yaratdı 17 May 2021, 19:12