Arxiv
23 Oktyabr 2020, 09:46 | MEDİA
Hər məntəqədə azı bir dağıdılmış ev, vurulmuş hərbi texnika olduğu kimi saxlanılsın - JURNALİSTLƏRDƏN TƏKLİF

Ermənistanın işğalından azad edilən Azərbaycanın yaşayış məntəqələrindəki durum çox acınacaqlıdı. Demək olar ki, düşmən daş üstə daş qoymayıb. Meyvə ağaclarını belə baltalayan bir toplumdan nə gözləyəsən?

 

Təbii ki, Azərbaycan öz torpaqlarını azad etdikcə əvvəlkindən də yaxşı abadlıq işləri aparacaq.

 

Bəs, biz necə etməliyik ki, bu erməni barbarlığı yalnız kitablarda, filmlərdə, mətbuatda deyil, həmin vəhşilikləri görmüş bölgələrdə də daim nümayiş etdirilsin.

 

Modern.az mövzu ilə bağlı Azərbaycanın tanınmış jurnalistlərindən mövqe öyrənib.

 

“525 qəzet”nin  baş redaktoru Rəşad Məcid bildirib ki, Azərbaycan bütün dünyanı heyrətləndirən yeni bir turizm mərkəzi yaradacaq:

 

“Laçın rayonunun Ağoğlan kəndindəki İsti su təbii qaynaqlardır. Bu bölgədə gözəl sanatoriyalar salınacaq. Yolboyu gözəl mənzərəli yerlərdə bizim xəyallarımızda olan mənzərəli istirahət yerləri, gözəl tarixi abidələr var. Cənab Prezidentin dediyi kimi, müharibədən sonra bölgənin vəziyyəti tamamən dəyişəcək, eyni zamanda bütün Qarabağın vəziyyəti dəyişəcək. Qarabağın gözəlliklərindən təkcə Azərbaycan xalqı deyil, bütün dünyanın sülhsevər və tarixsevər xalqları bəhrələnəcəklər. Mən də uşaqlığımı keçirdiyim yerlərə gedib arzularımı reallaşdıracam. Bəlkə də oralara köçüb yaşayacam. Bizim şəhərlərimizi, kəndlərimizi viran qoyublar. Hamısını bərpa edəcəyik”.

 

Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, erməni vandalizmini gələcək nəsillərə çatdırmaq üçün yeni üsul seçmək lazımdır:

 

“Düşünürəm ki, işğaldan azad edilmiş hər bir  yaşayış məntəqəsində ən azından ermənilər tərəfindən dağıdılmış bir evi olduğu kimi saxlamaq lazımdır. Həmin evə  o yaşayış məntəqəsinin işğaldan əvvəlki və dağıdılmış durumunu əks etdirən şəkillər vurulmalıdır. Kəndin başına açılan müsibətlər, sakinlər barədə məlumatlar qeyd olunmalıdır.

 

Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi zamanı vurulmuş, dağılmış hərbi texnikadan da gələcək nəsillər üçün eksponat kimi elə vurulduğu yerdə qoruyub saxlamaq lazımdır.

 

Bütün bunlar həm bölgəyə gələcək turistlər üçün informasiya mənbəyi olacaq, həm də yerli sakinlər üçün yaddaş vəsaiti. Bunlar olduğu halda istər yerli, istərsə də əcnəbi insanlara bələdçi lazım olmayacaq. Onlar hər şeyi öz gözləri ilə görəcəklər”.

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, tarixi unutmamaq üçün memorial komplekslər yaradılmalıdır:

 

“Hər rayonun mərkəzində ondan əvvəllər diyarşünaslıq, tarixşünaslıq  muzeylərimiz olub. O muzeylərdə rayonun, şəhərin işğaldan əvvəlki vəziyyəti, işğal tarixçələri göstərilməlidir ki, ora gələnlərin erməni işğalçılığı ilə bağlı təsəvvürləri yaransın. Yaxud dağıdılmış kəndlərin, yaşayış məntəqələrinin hansısa bir hissəsini dağıdılmış vəziyyətdə saxlamaq lazımdır”.

 

“Türküstan qəzeti “nin baş redaktoru Aqil Camalın fikrincə, azad olunan  şəhərlərin mərkəzində 27-30 ilik işğalları özündə əks etdirən abidələr qurulmalıdır:

 

“Bunlar elə həmin rayonlarda olan abidələrin, heykəllərin əsasında da qurula bilər. Bu hadisələr zaman-zaman Azərbaycan xalqının başına gəlib. Abidələr, heykəllər vasitəsi ilə tarixi yadda saxlamaq, həm də Azərbaycanın öz torpaqlarını hansı qanlar bahasına əldə etdiyini dünyaya göstərmək olar”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26 OPEK+ neft hasilatı ilə bağlı yeni qərar verdi 28 Noyabr 2020, 12:23 Azərbaycanda tütün yığımının statistikası AÇIQLANDI 28 Noyabr 2020, 12:21 Ağsu icra başçısı dəfn olundu 28 Noyabr 2020, 12:17 Ərdoğan: “Türkiyə Dağlıq Qarabağdan Suriyaya qədər…” 28 Noyabr 2020, 12:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?