Modern.az

Ermənistandan Laçın və Qubadlı raket atəşinə tutulur - Müdafiə Nazirliyi

Ermənistandan Laçın və Qubadlı raket atəşinə tutulur - Müdafiə Nazirliyi

Qarabağ

24 Oktyabr 2020, 14:06

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

 

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır