Modern.az

Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər

Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər

31 Oktyabr 2020, 22:46

İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.

 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır