Modern.az

Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq

Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq

1 Noyabr 2020, 00:07

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Qarabağ məsələsində “qapıdan” qovulub “pəncərədən” dürtülməyə can atan Paşinyan döyüş meydanında keşişli, qadınlı, oğrulu “ordusunun” Azərbaycan cəngavərləri tərəfindən başına od ələnməsinə baxmayaraq, hələ də qanmır ki, Qarabağ Ermənistan yox, Azərbaycandır.

 

Mövcudluğu bir qəpiyə dəyməyən ATƏT-in Minsk qrupu üzvlərinin Cenevrədə 6 saatlıq görüşdən çıxıb verdikləri bəyanatdan sonra, “əli göydə” qalan erməni “nazirbaşının” sübh tezdən “dədəm-anam ay Rusiya”, - deyib Putinə yazdığı naməsinin mürəkkəbi heç qurumamış rədd cavabı alması isə bu yerdə “it əl çəkir, motal əl çəkmir”, deyimini yada salır.

 

Doğrudur, Paşinyanın Putinə yalvarışdolu naməsində Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri və 29 Avqust 1997-ci ildə bağlanmış “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi”nin 2-ci maddəsini xatırlatması, ilk baxışda Qarabağda döyüş meydanında işğalçı ölkənin “belinin qırılması” kimi görünsə də, ancaq bu, həm də erməni hiyləgərliyindən doğan sözgəlişi müraciət də ola bilər. Kim bilir, bəlkə Paşinyan Qarabağda tam məğlub olduqdan sonra, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi R. O Brayenin, “Allah Emənistanı qorusun, Allah Amerikanı qorusun!”, - deməsindən ürəklənib, Rusiyadan dəstək görməməsini bəhanə gətirib ondan üz döndərəcəyinə indidən “ayaq yeri” qoymaq istəyir?

 

Əlbəttə bunu ondan gözləmək olar. Çünki, o, hələ müharibənin ilk günündə məğlub olacağını bildiyindən özünü sığortalayaraq, Ermənistan parlamentində çıxışı zamanı, “Bu vəziyyətdən qaçmaq üçün Ermənistan nəsə etməli idi. Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət olmasına razılaşmalı idik. Muxtariyyət olmasa belə, Azərbaycanın üstünlüyü ilə nə isə etməliydik. Dediklərimlə razılaşsaydıq, müharibə olmayacaqdı. Hər şey bu gün bitəcəkdi”, – deyib, deputatlara müraciətlə bununla razısınızmı deyəndə, yekdilliklə, “Yox, heç vaxt!”, cavabını almışdı. Görünür məhz bu üzdəndir ki, Paşinyan indiyədək hələ də öz “kreslosunda” otura bilir.

 

Ancaq indiki halda Ermənistanda Qarabağ kartından istifadə edib Paşinyanı kiminsə əvəzləyəcəyi bir adam da yoxdur. Eks prezidentlər – Levon Ter-Petrosyan və onu devirən, koronavirusa yoluxmuş Robert Koçaryana gəlincə isə, doğrudur onlar Rusiyaya nə qədər meyilli olsalar da, amma bu dəfə “qatarları gedib”. Çünki, ABŞ-ın və Avropanın bu bölgədə ağalıq etməsinin qarşısını almaqda Rusiya ilə Türkiyənin mövqeləri tam üst-üstə düşür. Bu üzdən də dünyanın nə deməsindən asılı olmayaraq, Qarabağ məsələsi Türkiyə və Rusiya arasında “qırmızı xətlər” boyunca öz çalarını tapıb və hazırda ədalətli həllinə yaxınlaşmaqdadır. Heç şübhəsiz ki, burada, Azərbaycan Ali Baş Komandanının qətiyyəti, xalqın birliyi və ən əsası isə döyüş meydanında düşmənə yerini göstərən Ordunun hünəri danılmazdır. 

 

Paşinyanın hiyləgər məktubuna Rusiya XİN-dən rədd cavabı, rusiyalı hərbi ekspert, general-leytenant, təqaüdçü Evqeni Bujinskinin, “Azərbaycan Rusiya üçün çox vacib ölkədir və Rusiya, Ermənistan tərəfindən Dağlıq Qarabağdakı qarşıdurmaya hərbi müdaxiləyə getməyəcək”, deməsi, Rusiya Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenkonun, “Diplomatik dildən məişət dilinə çevirsək, Nikol Vovaeviç, rus qoşunlarının Qarabağa göndərilməsi xahişinə cavab olaraq, Smolenskaya Meydanına “nəzakətlə” göndərildi”, sözü və hətta Ter-Petrosyanın “Putin, sadəcə, səmimi qəlbdən deyir ki, Ermənistanın təhlükəsizliyini təmin etməyə hazıram, amma sizin əvəzinizdən Qarabağ məsələsini həll edən deyiləm”, söyləməsi açıq-aşkar onu göstərir ki, Paşinyan ağ bayraq qaldırmaqda gecikir. Bu baxımdan Rusiyaya yarıyan Petrosyan və ya Koçaryan əgər Paşinyanı əvəzləmək istəyərlərsə, onlar bununla yalnız Ermənistanın gələcəkdə dövlət olaraq qalmasını xilas edə bilərlər. 

 

Bu arada, ötən gün Bakıda Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin rəhbərliyi ilə Rus icmasının Azərbaycan Ordusuna dəstək olaraq Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobil yürüşü keçirməsi, yəqin ki, Paşinyanla bərabər bütün ermənilərin Rusiyaya olan ümidlərini yerə çırpmış oldu. Özünü üzdə nə qədər inadkar göstərsə də, elə bəlkə Paşinyan özü də bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq.

 

Əlinin hər yerdən üzüldüyünü görən Paşinyan, görünür elə bu üzdəndir ki, indi də Qarabağa Kardaşyansifət qadınları, məhbəsdən buraxdığı “it oğruları”nı və onlarla bir yerdə döyüşə-döyüşə “moizə” oxuyacaq qaradonlu keşişləri göndərir. Əslində bu “üçlük” xalq olaraq bütün erməniliyin mahiyyətini – fahişəlik, oğurluq və din pərdəsi altında min oyundan çıxmaqlarını əks etdirir.

 

Ancaq Paşinyan Qarabağa istər qadınları, istər oğruları, istərsə qaradonlu keşişləri göndərsə də, onların hamısı birnəfər kimi qaracəhənnəmlik olacaqlar. Çünki Azərbaycan Ordusunun cəngavərləri Qarabağa qara niyyətlə gələn ermənilərin ağ günə çıxmasına heç bir halda imkan verməyək! 

 

Özünü hələ də “dqr”nın sahibi sayan Araik Arutyunyanın Şuşanın xilas edilməsi ilə bağlı dünya ermənilərinə müraciətində, “...Sözdə deyildiyi kimi, Şuşaya sahib olan Qarabağa sahibdir”, - deməsinə gəlincə isə bəli, istər Şuşanın, istərsə də bütün Qarabağın öz sahibləri gəlib, gecikmə, artıq gülləni başına çaxmağının vaxtıdır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir