Modern.az

Ədliyyə naziri vyetnamlı həmkarına məktub göndərdi

Ədliyyə naziri vyetnamlı həmkarına məktub göndərdi

4 Noyabr 2020, 18:36

Xüsusi karantin rejimi şəraitində diplomatik kanallar vasitəsilə sentyabr ayında imzalanmış sənədin qüvvəyə minməsi münasibətilə Ədliyyə naziri Fikrət Məmmədov Vyetnamın Ədliyyə naziri Le Thanh Lonqa məktub ünvanlayıb. 

 

Nazirlikdən Modern.az-a bildirilib ki, məktubda Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, ədliyyə və məhkəmə sistemindəki islahatlara və yeniliklərə dair təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.

 

Nazir F.Məmmədov vyetnamlı həmkarına bir aydan artıqdır dünya ictimaiyyətinin diqqətinin yönəldiyi Ermənistanın işğalçılıq siyasəti, ölkəmizə və dinc əhaliyə qarşı beynəlxalq humanitar hüquq normaları kobud pozulmaqla törətdiyi hərbi təxribatlar, insanlıq əleyhinə və müharibə cinayətləri barədə ətraflı məlumat verib.

 

Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə qurumun qeyri-daimi üzvü olan Vyetnamın beynəlxalq hüquq normalarına sadiq qalmaqla Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərilərək dəstəyinə görə minnətdarlığını ifadə edib. Sonda nazir Azərbaycan-Vyetnam əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı