Modern.az

Bakıda jurnalist və xanımı koronavirusa YOLUXDU

Bakıda jurnalist və xanımı koronavirusa YOLUXDU

6 Noyabr 2020, 15:14

Tanınmış jurnalist, uzun illər “Xalq qəzeti”ndə və “Azərbaycan” qəzetində  çalışmış, hazırda yaradıcı fəaliyyətini “Azərsu”da nəşriyyat redaktoru kimi davam etdirən   Mirbağır Yaqubzadə Quliyev ölkəmizdə pandemiyanın payız dalğası günlərində COVID-19-a yoluxub.

Ailəsindən Modern.az-a verilən məlumata görə, qələm sahibinə əvvəl ev şəraitində müalicə təyinatı yazılıb. Lakin onun vəziyyəti kəskin pisləşdiyindən qələm dostları işə qarışəb, Mirbağır Yaqubzadə və ona xidmət edərkən yoluxmuş həyat yoldaşı Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalına yerləşdirilib.

Jurnalistin vəziyyəti ağır olaraq qalır. Tanıyanlar onun durumundan dərin narahatlıq duyur və xidmət göstərən tibb işçilərindən onun tezliklə sağalmasında səylərini əsirgəməməyi xahiş edirlər.

Allahdan dəyərli həmkarımıza və dostumuza şəfa diləyirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...