Modern.az

NTV-nin aparıcısı təyyarə qəzasında öldü

NTV-nin aparıcısı təyyarə qəzasında öldü

Media

8 Noyabr 2020, 03:54

Rusiyanın Moskva vilayətində “Cessna” yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir, hadisə nəticəsində NTV kanalındakı "DNA" və "Ulduzlar bir araya gəldi" tok-şousunun aparıcısı Aleksandr Koltov həlak olub.

 

NTV-nin rəsmi saytının verdiyi məlumata görə, Koltovla birlikdə həyat yoldaşı da təyyarə qəzasında ölüb. Digər itki yoxdur.

 

Təyyarənin Moskva vilayətinin Lyubertsı rayonunda qəzaya uğradığı məlum olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, sükan arxasında oturan Koltov təcili siqnal verib və təyyarəni tarlaya endirməyi bacarıb. Lakin təyyarə alovlanıb.

 

Faktla əlaqədar Moskva Bölgələrarası İstintaq İdarəsinin Nəqliyyat müstəntiqləri araşdırma aparır.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir