Modern.az

Paşinyan müxalifəti başsız qoydu - HƏBSLƏR

Paşinyan müxalifəti başsız qoydu - HƏBSLƏR

12 Noyabr 2020, 10:42

Ötən gün erməni mediası sabahkı aksiyanı və istefa tələbini önləmək üçün “müxalifətin gecə ovu”na başlanacağını yazmışdı. Elə gecə saatlarında Ermənistanda siyasi həbslər başladı.

 

Modern.az Erməni stan mətbuatına istinadən xəbər verir ki, Ermənistanda ilk həbs edilənlərdən biri “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan oldu. O dünən İrəvanın Azadlıq meydanından həbs edilib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan, parlamentin keçmiş vitse-spikeri Ara Saakyan və eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanovu saxlanılıb. Bununla yanaşı, aksiyanın təşkilatçısı olan “Daşnaksütyun”, “Sosial-Demokratlar” və s. partiyaların rəhbər şəxsləri də saxlanılıb.  

Onlar hərbi vəziyyət dövründə kütləvi aksiya təşkil etmək, polisin tələblərinə tabe olmamaq və s. ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır