Modern.az

Qazaxıstanın tanınmış jurnalistləri və politoloqları Modern.az-da - FOTO+VİDEO

Qazaxıstanın tanınmış jurnalistləri və politoloqları Modern.az-da - FOTO+VİDEO

13 Noyabr 2020, 17:48

Qazaxıstandan olan tanınmış jurnalistlər, politoloqlar, blogerlər Azərbaycana səfər ediblər.


N
ümayəndə heyətinin məqsədi cəbhə bölgəsindəki vəziyyəti müzakirə etmək və Qazaxıstan ictimaiyyətinin Azərbaycana yönəlik baxışlarını çatdırmaqdır.


İctimai fəallar “Modern Media Group”da olarkən qeyd ediblər ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayan günlərdə Qazaxıstan hökumətinin qeyri-adekvat mövqeyinin dəyişməsində onların böyük rolu olub. Qazaxıstan fəallarının eyni soydan olan Azərbaycan türklərini dəstəkləməsi, qardaşlıq nümunəsi göstərməsi dövlətin də hərəkətə keçməsinə səbəb olub. Artıq ictimaiyyətin Qazaxıstan hökumətini tənqid etməsi, Azərbaycana qarşı siyasətinə qarşı çıxması rəsmi mövqeyin dəyişməsinə rəvac verib.


İctimai fəallar onu da bildiriblər ki, hər zaman Azərbaycanın yanındadırlar. Qazaxıstanlı nümayəndə heyətinin rəhbəri,  Beynəlxalq Türk Akademiyası Prezidentinin müşaviri Füzuli Məcidli Modern.az-a açıqlamasında qeyd edib ki, bu mövqe davam edəcək:


“Növbəti günlərdə yeni səfərlər olacaq. Qazaxıstanlı fəalların səfərinin əsas məqsədlərindən biri də türkdilli ölkələrinin bir araya gəlməsi, Azərbaycan-Türkiyə münasibətləri hansı şəkildədirsə, Azərbaycan-Qazaxıstan münasibətlərinin də o səviyyəyə çatdırılmasıdır”.


Nümayəndə heyətinin bildirdiyinə görə, artıq Qazaxıstan və Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyətləri birmənalı şəkildə bu qardaşlığı dərk edir və münasibətlərin inkişafında maraqlıdırlar:

“Təbii ki, hər iki dövlət və dövlət başçıları bir-birlərinə sevgi və hörmət bəsləyirlər. Bu qarşılıqlı səfərlər öz nəticəsini verəcək”.

Qeyd edək ki, Qazaxıstanlı nümayəndə heyəti “Modern Media Group”da olduqdan sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində qurumun sədri Fərid Şəfiyevlə və Milli Məclis üzvləri ilə görüşblər.

Səfərin növbəti günlərində isə Bərdə və Gəncə şəhərlərini ziyarət edərək, orada erməni vandalizminin qurbanı olan dinc əhali ilə söhbətlər aparılacaq. Həmçinin, qazaxıstanlı qonaqların Prezidetin köməkçisi Hikmət Hacıyevlə görüşü də planlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır