Modern.az

Putin Azərbaycan və Ermənistan liderləri ilə DANIŞDI

Putin Azərbaycan və Ermənistan liderləri ilə DANIŞDI

Ölkə

14 Noyabr 2020, 21:54

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


Rəsmi məlumatda bildirilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunan razılaşmaların həyata keçirilməsinin praktik aspektləri müzakirə edilib. Atəşkəs rejiminin qorunmasından və təmas xətti boyunca vəziyyətin sakitliyindən məmnunluq ifadə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər