Modern.az

Şahzadə Harriyə sarayda yer tapılmadı

Şahzadə Harriyə sarayda yer tapılmadı

Dünya

Bu gün, 15:42

Böyük Britaniya şahzadəsi Harri vətəninə planlaşdırdığı səfər zamanı Bukingem sarayında qala bilməyəcək.

Modern.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Səbəb isə hersoqun öz planlarını Londona çox gec təsdiqləməsidir.

Kral III Çarlzın ABŞ-nin Kaliforniya ştatında yaşayan kiçik oğlu şahzadə Harrinin nümayəndəsi bazar ertəsi səhər saatlarında bəyanat yayaraq, hersoqun atasının rəsmi iqamətgahında qalmaq təklifini qəbul etdiyini bildirib. Nümayəndə həmçinin təsdiqləyib ki, Harrinin həyat yoldaşı Meqan Markl və iki övladı iyulun 6-da başlayacaq bu Böyük Britaniya səfərində onu müşayiət etməyəcəklər.

Lakin qısa müddət sonra Kral dəftərxanasından telekanala verilən rəsmi açıqlamada qeyd olunub ki, şahzadə Harri iqamətgahda qalacağını müəyyən olunmuş vaxtda təsdiqləmədiyi üçün Bukingem sarayında qonaq olmaq təklifi artıq qüvvədən düşüb.

"The Daily Telegraph" qəzetinin yazdığına görə, Sasseks hersoqu iyulun 4-də sarayda qalmaq təklifinə rəsmən imtina cavabı versə də, sonradan qəfil fikrini dəyişib. Nəşrin kral sarayındakı mənbələri hadisəni belə izah edib:

"Şahzadə Harrinin fikrini dəyişdiyi an artıq sarayda onun qəbulunu təşkil etmək və lazımi xidməti təmin etmək qeyri-mümkün idi. Çünki kral sarayının qonaqların qəbuluna hazırlaşması üçün müəyyən minimum vaxt tələb olunur".

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV