Modern.az

Azərbaycan Minsk qrupunu “dəfn etdi”...

Azərbaycan Minsk qrupunu “dəfn etdi”...

17 Noyabr 2020, 11:32

“Azərbaycan ATƏT-in Minsk qrupunu daha qəbul etmir. Çünki indiki ziddiyyətlərin, sülh prosesinin uzun illər uzadılmasının günahkarı Minsk qrupudur”.


Bu fikirləri Modern.az-a politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Qarabağla bağlı üçtərəfli anlaşmadan sonra Minsk qrupunun taleyi haqqında danışarkən səsləndirib.


O qeyd edib ki, Minsk qrupunun nüfuzdan düşməsinin səbəbi ikili standartlarla hərəkət etməsidir:


“Azərbaycanın nəzərində Minsk qrupu artıq “dəfn edilib”, mövcud deyil. Azərbaycan danışıqların yeni formatı kimi Türkiyə, Rusiya, Ermənistan, Azərbaycan rəsmiliyini nəzərdə tutub. Bu, beynəlxalq təşkilatların da icazəsi ilə ən azından onlar tərəfindən bəyənilməlidir. Amma bəyənilməsə də, bu məsələ ilə bağlı danışıqları yeni formatda aparmaq mümkündür.

Problemi indiyə qədər süründürən müxtəlif təşkilatlar, irəliləyişə nail olmayan beynəlxalq qurumların 30 ildə aça bilmədiyi “qordi düyünü”nü Azərbaycan 44 gündə açdı.

Biz işğal edilmiş torpaqları azad etdik, Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədik, ermənilər Azərbaycanda yaşaya bilərlər. Amma Azərbaycan vətəndaşı kimi bu ölkənin bütün qanun-qaydalarına tabe olacaq, hər bir ölkə vətəndaşı ilə bərabər hüquqlara sahib olacaqlar”.

Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı