Arxiv
20 Noyabr 2020, 13:25 |
Qəhrəmanlarımızı tanıyaq: “Biz atamgilin ala bilmədiyi torpaqları geri qaytardıq” - MÜSAHİBƏ
Qəhrəmanlarımızı tanıyaq: “Biz atamgilin ala bilmədiyi torpaqları geri qaytardıq” - MÜSAHİBƏ

Azərbaycan Ordusunun öz ərazilərini azad etməsi üçün başladığı əks-hücum əməliyyatlarında yüzlərlə əsgər rəşadət və qəhrəmanlıq tarixi yazıb. Neçə-neçə əsgərimizin savaş meydanında göstərdiyi qəhrəmanlıqsan xəbərsizik. Qəddar düşmənə qarşı bir neçə saat belə döyüşməklə böyük şücaət, qəhrəmanlıq nümunəsinə çevrilmək mümkündür. 44 günlük Qarabağ savaşında qəhrəmanlıq göstərmiş  əsgərlərimizdən biri də Şuşa uğrunda döyüşlər zamanı yaralanan Məhəmməd Nəsibovdur.

Bu qəhrəmanımız yaralı olsa belə, döyüş yoldaşlarını tək qoymamaq üçün o vəziyyətdə meydana qayıdıb. Əsl vətənpərvərlik, dostluq, şücaət nümunəsi olan qəhrəman əsgərimizi bir də onu böyüdüb boya-başa çatdıran ananın dilindən eşidək. M.Nəsibovun anası Bəsti Nəsibova Modern.az-a oğlundan danışıb.


- Oğlunuz ilə sonuncu dəfə nə zaman danışmısınız, indi hansı istiqamətdədir?

- Sonuncu dəfə oktyabrın 31-i danışmışıq. Dedi ki, çox gözəl yerdəyik, ana, narahat olma, hər şey əladır. İndi isə Xocavənd rayonunda, Hadrut istiqamətindədilər.


- Məhəmmədin yaralandığını eşitmək sizə necə təsir etdi?

- Biz danışandan sonra mən eşitdim ki, onların olduğu bölgəyə ağır artilleriya mərmisi düşüb, şükürlər olsun ki, sadəcə yanıq xəsarətləri alıblar. Hadisədən sonra 8 gün əlaqə kəsildi. Sonra yenidən danışa bildik. Mən də bir ana kimi çox xoşbəxt oldum ki, oğlum sağ-salamatdır.


- Məhəmməd Şuşanın azad olunmasında xüsusi iştirak edib, onun bu qəhrəmanlığı barədə danışaq...

- Məhəmmədin atası 90-cı illərdə Qarabağ müharibəsində iştirak edib, qazi olmuşdu, sonra isə qan təzyiqindən həyatını itirdi. Məhəmməd 6 yaşından mənim himayəmdə, atasız böyüyüb. Hər zaman deyirdi ki, “biz atamgilin ala bilmədiyi torpaqları geri qaytaracağıq”. Əsgərliyə getdiyi zamana dedi: "Ana, narahat olma, inşallah, torpaqlarımızı azad edib, geri gələcəyəm".  Oğlum mənim fəxrimdir...

Məhəmməd artıq 11 aydır əsgərlikdədir. Beyləqanda hərbi xidmətdə idi. Səfərbərlik elan olunduqdan sonra isə cəbhəyə yolladılar.


- Universitetə sənəd vermişdimi?

- Məhəmmədin yanvar ayında 19 yaşı tamam olacaq. Məktəbi bitirdikdən sonra universitetə qəbul olunmaq üçün cəhd etdi, ancaq istədiyi balı toplaya bilmədi və əsgərliyə getdi.


- Əsgərliyə gedəndə sizə sözləri nə olmuşdu? Hərbi xidmətə hansı hisslərlə yollanmışdı ?

- Hər zaman deyirdi ki, Allahın izni ilə torpaqlarımız azad edilər və bu azadlığın əldə olunmasında onun da bir payı olar. Sağ-salamat qayıdacağını deyib, qayıdacaq da, inanıram. Mən oğlumu çox böyük fəxr hissi ilə qarşılayacağam. Allah bütün qəhrəman balaları ailəsinə, sevdiklərinə bağışlasın!


Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Liderlərin Brüssel görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA 15:16, Bu gün 44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir TƏYİN ETDİ 14:48, Bu gün Zəngilanda digər kəndlərin də təməli qoyulacaq 14:44, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün