Modern.az

Akif İslamzadənin “Əsgərə məktub”u

Akif İslamzadənin “Əsgərə məktub”u

Mədəni̇yyət

20 Noyabr 2020, 14:04

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə xalq artisti, klassik estrada musiqisinin korifeylərindən olan Akif İslamzadə “Əsgərə məktub” yazıb:

“Əziz əsgər, zabitlərinizə qarşı hörmətli olun. Onların təlimatlarını yerinə yetirin. Siz bizə nümunəsiniz. Evlərinizə, ailələrinizin yanına sağ-salamat gəlməyinizi arzu edirəm. Siz bütöv millətimiz üçün fəxrsiniz. Ola bilər ki, yolda görüb tanımayaq, adlarınızı unudaq, amma, siz bilin ki, bütün xalqın yaddaşında qalmısız.


Yüz illər sonra belə sizlərdən danışılacaq. Millətinin, xalqının başını uca edib, qürur hissi yaşatmaq hər adama qismət olmur. Şəhid olanlarımıza Allah rəhmət eləsin. Var ol, əziz Əsgər!

Bizə yaşatdığınız bu Qələbə Turan elinin yaranmağına təkan oldu.

Təbrik edirəm sizləri. Yaşa, Azərbaycan Əsgəri!”.

Fidan İlqarqızı


***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir