Modern.az

Azərbaycanla Ermənistanın cinayət işi açdığı SABİQ NAZİR

Azərbaycanla Ermənistanın cinayət işi açdığı SABİQ NAZİR

Qarabağ

23 Noyabr 2020, 16:00

Bu gün Azərbaycan Hərbi Prokurorluğunda Ermənistanın keçmiş müdafiə naziri Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. 

Prokurorluğun müraciəti əsasında Bakı Hərbi Məhkəməsinin sədri, hakim Elbəy Allahverdiyev S.Ohanyan barəsində həbs qərarı çıxarıb. Onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib.

 

Modern.az xatırladır ki, Seyran Ohanyan Ermənistanda 2008-ci il 1 mart hadisələri zamanı konstitusion quruluşu devirməkdə (300.1-ci maddə) və külli miqdarda dövlət vəsaitini mənimsəmə (179-cu maddə) ilə ittiham olunur.

 

Seyran Ohanyan müxtəlif illərdə Ermənistan Baş Qərargah rəisi və müdafiə naziri postlarını tutub. Beləliklə, Xocalı soyqırımının əsas iştirakçılarından sayılan Seyran Ohanyan həm Azərbaycan, həm də Ermənistanda barəsində cinayət işi açılmış azsaylı şəxslərdən biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!