Modern.az

Cəbhədən qayıdan həkim: “Həyat yoldaşım mənimlə fəxr edir” - MÜSAHİBƏ

Cəbhədən qayıdan həkim: “Həyat yoldaşım mənimlə fəxr edir” - MÜSAHİBƏ

25 Noyabr 2020, 11:00

Ölkəmiz müharibə şəraitində olan zaman, hər birimiz çalışdığımız sahənin əsgəri olmalıyıq. Çünki əsrlər boyu minlərlə ərənlərimizin qanı tökülən bu Vətən yalnız təmas xəttinda qazılan səngərlərdə qorunmur. O səngər ürəklərdə də qazılmalıdır.

Sizə təqdim edəcəyimiz müsahibimiz də sahib olduğu peşəsi ilə qürurverici addım atıb. Fədakarlığın ən nümunəvisini edib. 

O, “Novamed” Tibb Mərkəzində çalışan həkim Aynurə Hidayətqızıdır. Əməliyyatdan yeni çıxmasına baxmayaraq, ürəyi cəbhədəki əsgərlərlə döyünən həkim könüllü olaraq cəbhəyə yollanıb.

Modern.az onunla müsahibəni təqdim edir.


- Aynurə xanım, əvvəlcə özünüzdən qısa nəlumat verin.

- 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailədə 4 uşaq olmuşuq. Ali təhsilimi Azərbaycan Tibb Universitetində almışam. Hazırda “Novamed” Tibb Mərkəzində işləyirəm.

İkinci Qarabağ Savaşı başlayanda cəbhəyə gedib, əsgərlərə tibbi xidmət göstərməyi özümə borc bildim. Çünki savaşda yaralanan Azərbaycanımın əsgəri idi.


- C
əbhəyə yolanıb, əsgərlərə xidmət etmək fikri sizdə nə vaxt, nədən yarandı?


- Bu qərarı ona görə verdim ki, ölkəmizdə müharibə Qarabağ uğrunda gedirdisə, orada nə qadınımız seçilməli idi kişilərimizdən, nə də kişilərimiz qadınımızdan. Bu savaşda biz haqqımız olan torpağımızı geri istəyirdik. Azərbaycanın övladıyamsa, mən də Vətən Müharibəsində iştirak edib, borcumu layiqincə yerinə yetirməli idim.


- Cəbhədə xidmət edən bir həkim olaraq, orada keçən günləri təsəvvürünüzdə necə canlandırıb ifadə edə bilərsiz? Təbii ki, göydə uçuşan mərmilərin altında  yaralı əsgərlərə xidmət etmək asan deyil.

- Əlbəttdə, asan deyildi. Qorxu yox, qisas hissi var idi. Gün ərzində nə qədər yaralı əsgərlərimizə xidmət edib, dərdinə şərik çıxırdıq. Amma yorulduğumu, çiynimdə olan ağır yükü hiss etmirdim. Çünki, Allahın və torpağımın yolunda idim...

Günlərlə yuxusuz qalırdım, buna baxmayaraq işimi davam etməkdən, əsgərlərə yardım etməkdən bezmirdim. Orada hamımızın bir niyyəti var idi, torpaqlarımızı azad etmək.


- Torpaq uğrundan canlarını fəda edən şəhidlərin, yaralı əsgərlərimizin son sözü sizə nə olub?

- Hər birinin tək sözü var idi: Haqqını halal elə.


- Verdiyiniz qərarı ailəniz necə, dəstəklədi?

- Övladlarıma da, ailəmə də demişdim. İlk vaxtlar qarşımıı almağa çalışsalar da, sonra niyyətimi anlayıb, susdular.

Həyat yoldaşım ilk vaxtlar icazə verməsə də, indi özü mənə dəstəkdir. Fəxr edir mənimlə. Bəlkə də hansısa paylaşıma icazə vermiyə bilərdi. Lakin indi elə deyil.

Bizim ailə dindar ailədir. Mən onlara müharibənin Allah yolunda olduğunu söylədim. Onlar bilirdilər ki, məni itirə də bilərlər. Müharibədə həkimin də rolunun çox olduğunu anladılar və buna göz yumub razılıq verdilər.


- Aynurə xanım, keçirdiyiniz həkimlik dövründə ən önəmlisi müharibədə olduğunuz müddət idi. Bu barədə nə deyə bilərsiniz?

- Bir cümlə ilə ifadə edəcəm: Ağır, məsuliyyətli və şərəfli idi...


- Döyüş zamanı sizinlə arxa cəbhədə çiyin-çiyinə çalışan həmkarlarınız adından nə deyə bilərsiniz?

 -Onlar əsgərlərimizə “can” deyərək xidmət edirlər. Dövlətimiz, xalqımız cəbhədən köməklərini əsirgəmirdi. Əsgərlərimiz və həkimlərimiz orada bir yumruq kimi birləşdi. Hərbi rütbəsindən asılı olmuyaraq, hamımız əsgər idik.

Həkimlər hər zaman dövlətə xidmətdə yüksək zirvədə olub. Lakin hər zaman bunu hiss elətdirməmişik, gizli qəhrəman olmuşuq.

Arxa cəbhə müharibədə ön cəbhəyə yardım edirdi. Qələbədən sonra arxa cəbhə özü önə keçdi.


- Son olaraq əlavə nə demək istərdiniz?..

- Hər zaman incə varlıq olan qadının qarşısında həyat yoldaşı mərd olub. Amma qadın o mərdliyi göstərəndə, həyat yoldaşı onu görür və fəxr eləyir. Fəxr etdiyini də dilinə gətirir. Bu müharobədə qadınlarımız da mərdliyini göstərdi.

Sonda onu demək istəyirəm ki, jurnalistlərin də müharibədə əməyi az olmayıb. Saytlarda, televiziya və sosial şəbəkələrdə yalan məlmatlara qarşı mübarizə aparmısınız.


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi