Arxiv
26 Noyabr 2020, 13:24 | MƏDƏNİYYƏT
Səxavət Məmmədov Qarabağın işğalını görsəydi, ürəyi partlayardı

Bənzərsiz səsə malik olan Azərbaycanın məşhur xanəndəsi, “Qarabağ” instrumental ansambılının yaradıcısı Səxavət Məmmədovun bu günlərdə ruhu şaddır.  Onun doğulub, boya- başa çatdığı Ağdam rayonu artıq düşmən tapdağından azad edilib.


Xanəndənin vətənə, torpağa olan sevgisi daim göz önündə idi. O, Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaratdı. “Qarabağ”la təkcə Azərbaycanı deyil, Avropa ölkələrini də gəzib-dolanır, muğamımızla birlikdə Azərbycanın həqiqətlərini dünyaya çatdırırdı. “Qarabağ” instrumental ansamblı xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.


Qardaşı xanəndə - Firuz Səxavət Modern.az saytına müsahibəsində Səxavət və Ağdamla bağlı xatirələrindən danışıb:


- Firuz bəy, əsgərlərimiz qardaşınızın qəbrini tapıblar. Bununla bağlı video yayılmışdı. İzləmisinizmi? Həqiqətən, o qəbir Səxavət Məmmədovun qəbridir?

- Bu haqda məlumat bizə hərbçilər tərəfindən verildi. Bəli, düzdür. Oradakı qəbiristanlıq bizim kəndimizin qəbiristanlığıdır. Yolun istiqamətində tək bir qəbir var idi. Çox güman ki, o mənim qardaşımın qəbridir.


- Ağdamın işğaldan azad olunması xəbərini necə öyrəndiniz?

- Ailəmizdən bacımgil Ağdamın Baharlı qəsəbəsində yaşayırlar. Lakin onlardan öncə bizə hərbçilər zəng edib, müjdəli xəbəri çatdırdılar. Kəndimizin alınması ilə yanaşı, qardaşımın qəbri haqqında məlumatı da elə onlar söyləmişdilər.



- Ağdama qayıdarkən ilk hara getmək istəyirsiniz?

- Təbii ki, ilk olaraq kəndimizə - Abdal-Gülablıya getmək istəyirəm. Ağdama qayıtmaq elə ürəyimdən keçir ki... İnşallah, insanların oraya köçüb yerləşdirilməsi üçün hər şey bərpa olunsun,  fikirləşirəm ki, tamamilə ora köçüm. Orada çox güman, 1-2 il bərpa işləri gedəcək. Bəlkə də işlərimin yarısını Ağdamda, digər qismini  isə Bakıda davam etdirdim. Ən gözəl, səfalı yerlər, təmiz hava elə oradadır.


- Səxavət Məmmədov Ağdamın işğaldan azad olunmasını eşitsəydi, hansı hissləri keçirərdi?

- O baxımdan biz xoşbəxtik ki, Səxavət Ağdamın, ümumiyyətlə Qarabağın işğalını görmədi. Səxavət o qədər vətənpərvər idi ki, bunları görsəydi, bəlkə də ürəyi partlayardı.


- Səxavət Məmmədovun qəbrinin bərpa olunması haqda nə düşünürsünüz?

- 30 ildir ki, biz bu günün gəlməyini səbrsizliklə gözləyirik. Çünki qəbir hazır vəziyyətə gətirilə bilməmişdi. 30 ildir ora baxımsız vəziyyətdəydi. Ətrafı dağıdılıb. İnşallah, qardaşımın qəbrini nəhayət bərpa edəcəyik.



Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44