Modern.az

Ramiz Abutalıbovun “Əsgərə məktub”u

Ramiz Abutalıbovun “Əsgərə məktub”u

27 Noyabr 2020, 11:03

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazdı. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə tanınmış ictimai-siyasi xadim, araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbov “Əsgərə məktub” yazıb:


“Salam, Azərbaycanımın keşiyində qəhrəmancasına dayanan Əsgərim. Son günlərdə bütün dünya sənin mərdliyindən, cəsarətindən danışır. Bizə yaşatdığın sevinc, qürur hissinə bərabər olan hiss yoxdur. Sən Azərbaycan oğullarının dəmir yumruq olduğunu bir daha sübut etdin. Sübut etdin ki, Azərbaycan bölünməz, parçalanmaz dövlətdir. Mən və bütün Azərbaycan səninlə fəxr edir.


44 günlük müharibəni qalibiyyətlə başa vurub torpaqlarımızı yağılardan azad etdin. O torpaqların ki, illərdir həsrətini çəkən xalqın közərən ürəyinə su sərpdin.


Azərbaycan Əsgəri, səninlə qürur duyuram. 27 illik həsrəti 44 gündə tamamladın. Canınız bahasına vuruşdunuz. Poladın yolunu getdiniz. Siz hamınız mənim doğmamsınız.

Şəhid olan, balalarım, Allah sizə qəni-qəni rəhmət etsin. Yaralananlara isə tezliklə ayağa qalxıb, öz sağlamlıqlarına qayıtmağını arzulayıram. Arzu edirəm ki, azad etdiyiniz torpaqlarda mərd, başıdik addımlıyasınız.

Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirir, Allah sizi qorusun deyirəm”.


Fidan İlqarqızı

 

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u

Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır