Modern.az

Rəşid Mahmudovun “Əsgərə məktub”u

Rəşid Mahmudovun “Əsgərə məktub”u

26 Noyabr 2020, 16:08

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.



Bu dəfə Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov “Əsgərə məktub” yazıb:

 

“Hörmətli əsgərlərimiz, çox sevdiyim gənclər, bəzən sizdən narazı olurdular, amma siz sübut etdiniz ki, sizin qədər sağlam qüvvəli, qəhrəman oğullar azdı. Allah sizi qorusun. Sizinlə fəxr edirəm. Mən əminəm ki, Azərbaycan qüvvətli əllərdədir, xalqımız daha da inkişaf edəcək.

 

300 ildən çoxdur ki, biz qələbə sözü eşitməmişdik, məğlub ola-ola gəlmişik. Sizin qəhrəmanlığınız sayəsində Azərbaycan yenidən dirçəldi. Sizi mən əsl kişi hesab edirəm. Azad etdiyiniz torpaqların üzərində türk oğlu türk kimi gəzin. Mənim canım sizə fəda olsun. Sizin qarşınızda baş əyib, sizinlə qürur duyuram.

 

Azərbaycan bu gündən sonra daha da gözəl dövlət olacaq. Mənim içim yanırdı, siz o yanğını arada götürdünüz, yaramı sağaltdınız.

 

Ordumuza, Ali Baş Komandanımıza minnətdaram. Qürurlu, ötkəm olmaq lazımdır. İllər sonra sizin hesabınıza Qələbə çaldıq. Şəhid olanların hamısının qəbri nurla dolsun. Onların ruhu şaddır.

 

Mən hesab edirəm ki, sizin haqqınızda çoxlu kitablar, əsərlər yazılacaq, filmlər  çəkiləcək. Nə yaxşı ki, sizin kimi qəhrəman əsgərlərdən ibarət Ordumuz var”.

 

Fidan İlqarqızı

***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u
İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u

Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u
Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u
Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  
Alim Qasımovun “Əsgərə məktub”u

Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  
Nəzakət Teymurovanın “Əsgərə məktub”u

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir