Modern.az

Tanınmış jurnalistin atası koronavirusdan vəfat etdi

Tanınmış jurnalistin atası koronavirusdan vəfat etdi

29 Noyabr 2020, 21:37

Tanınmış teleaparıcı, uzun illərdir qardaş Türkiyədə yaşayan Esmira Çərkəzqızının atası Çərkəz Əliyev koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə E.Çərkəzqızı özü məlumat verib.

 

"Atam bu xəstəliklə mübarizədə məğlub oldu. Tək təsəllim odur ki, doğulub böyüdüyü Zəngilanın işğaldan azad edilməsinin sevincini yaşadı. Torpaq nisgiliylə bu dünyadan köçmədi. Amma mən çox yaxın dostumu, sirdaşımı itirdim...”, - deyə E.Çərkəzqızı bildirib.

 

Allah rəhmət eləsin!  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi